Baş məşqçi Xorvatiyaya qayıdan azərbaycanlı legioner haqda MÜƏMMALI DANIŞDI

15:40 Bizimkilər 363
Baş məşqçi Xorvatiyaya qayıdan azərbaycanlı legioner haqda MÜƏMMALI DANIŞDI

“Zirə” ilə icarə müqaviləsi başa çatan Azərbaycan yığmasının üzvü Rüfət Abdullazadə “Varajdin”ə qayıdıb.

Lakin onun bu klubda qalıb-qalmayacağı bəlli deyil.

Sportinfo.az xəbər verir ki,X orvatiya təmsilçisinin baş məşqçisi Nikola Safaroviç isə Rüfətin komandasında qalmasının özündən asılı olduğunu bildirib:

“Bu onun özündən asılı məsələdir, məndən asılı deyil”.

“Rüfət “Varajdin”də oynayacaq qədər güclü deyilmi” sualına isə o, belə cavab verib:

“Bunu deyə bilmərəm. Hazırlıqlarda onun necə olacağını görəcəyik”.

Rüfət Abdullazadə 2025-ci ilin yayında “Varajdin”ə keçib. Lakin o, cari ilin yanvar ayında “Zirə”yə icarəyə verilib. Onun Xorvatiya klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti