“Neftçi”nin futbolçusunun əhvalını korlayan SƏBƏB - ÖZ DİLİNDƏN EŞİDƏK

13 Yanvar 2022 20:40 Neftçi 1 513
“Neftçi”nin futbolçusunun əhvalını korlayan SƏBƏB - ÖZ DİLİNDƏN EŞİDƏK

“İstirahət müddətində xəstələnməyim əhvalımı korladı, amma yenə də yorğunluğu canımdan atmağa çalışdım.

Şükürlər olsun, indi hər şey qaydasındadır”.

“Neftçi”nin yarımmüdafiəçisi Yusuf Laval qış fasiləsi ilə bağlı fikirlərini Sportinfo.az-a açıqlamasında dilə gətirib.

23 yaşlı nigeriyalı çətinliklərə baxmayaraq nikbindir:

“Xəstəlikdən qayıdan futbolçunun fiziki probleminin olması anlaşılandır. Lakin çatışmazlığı aradan qaldırmaq üçün qarşıda kifayət qədər zamanımız var.

Məsuliyyəti üzərimizə götürməli, dayamadan çalışmalıyıq. Çünki bizdən gözləntilər çoxdur”.

“Ağ-qaralar” təlim-məşq toplanışına yanvarın 5-də start versə də, tam tərkibdə yığışa bilməyib. Mamadu Kane Qvineya millisinin heyətindədir,

Sezar Meza Kolli, Tyaqo Bezerra və Xorxe Korreanın dönüşü koronavirus səbəbindən yubanır.

Maraqlıdır, komandanın tam tərkibdə məşq keçə bilməməsi futbolçulara nə dərəcədə təsir edir? Məlum problemin fəsadları çempionatın gedişində üzə çıxmayacaq ki?

Laval bu mənada ümidlidir: “Sağlıq olsun, onlar da komandaya qoşulacaq və yola birlikdə davam edəcəyik.

Tək mən yox, hər birimiz qarşımızda duran məqsədlər üçün çalışırıq. Hamımız əl-ələ verib birlikdə gözəl işlər görmək üçün buradayıq”.

Yusuf Laval cari mövsümdə “Neftçi”nin heyətində avrokuboklarda 7 matçda 2 qol vurub. Azərbaycan Premyer Liqasında isə 14 oyunda 1 dəfə fərqlənib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti