“Neftçi”dən gündəm olacaq ŞOK AÇIQLAMA VERDİ, SİRRİ AÇDI: "Samirə dedilər ki, get..."

26 Noyabr 2021 16:00 Neftçi 2 447
“Neftçi”dən gündəm olacaq ŞOK AÇIQLAMA VERDİ, SİRRİ AÇDI: "Samirə dedilər ki, get..."

“Kim bilməsə də, mən bilirəm ki, bu komanda rəhbərliyin sayəsində çempion olub”.

Bu sözləri “Sportinfo TV”yə açıqlamasında millinin və “Neftçi”nin keçmiş müdafiəçisi Mahir Şükürov deyib.

Tanınmış telejurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan “Futbol söhbəti”nə qatılan veteran “ağ-qaralar”ın ötənmövsümkü çempionluğu ilə bağlı ciddi fikirlər səsləndirib.

O, paytaxt klubunun 7 illik aradan sonra qızıl medalları qazanmasında rəsmi dairələrin roluna diqqət çəkib:

“Çox adam deyir ki, Samir Abasov gəldi, komandanı çempion elədi. Belə deyil axı... Əsas işi rəhbərlik görüb. İndi isə onlar kənara çəkilib.

Komandanın bu gün dalbadal uduzmasının səbəbi də rəhbərliklə baş məşqçi arasında yaranmış problemlərdir. Samir elə bildi ki, hər şeyi özü edib.

Avrokuboklar göstərdi ki, həqiqət necədir. Komanda avrokuboklara Çempionlar Liqasında start verdi, uduza-uduza gəlib Konfrans Liqasına düşdü, sonra burada da qruplara qalmağı bacarmadı.

Samir vəziyyəti belə gördü, başladı rəhbərliyi tənqid etməyə, istədiyi transferlərin alınmamasından danışmağa.

Əlbəttə, bu, onların xoşuna gəlmədi. Samirə dedilər ki, bu komanda, bu da sən, get komandanı çempion elə, görək, necə edirsən.

Rəhbər şəxslərin Samirdən narazılığını komandanın oyunundan görmək olar. Yuxarı ilə münasibəti yaxşı olan futbolçular indi meydanda vaxt keçirir”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı