Tərlan Əhmədov “Neftçi” rəhbərliyinə “işləyir“, yoxsa...

23 Noyabr 2021 15:00 Neftçi 1 801
Tərlan Əhmədov “Neftçi” rəhbərliyinə “işləyir“, yoxsa...

İctimai telekanalda “Bol idman” verilişinin qonağı olan Tərlan Əhmədov “Neftçi”nin uğursuzluğundan danışarkən yalnız bir günahkar tapdı – Samir Abasov.

Bir məşqçinin öz həmkarı haqqında bu tərzdə danışması, (özü də o məşqçi Tərlan Əhmədovun da bacarmadığını bacarıb, “Neftçi”ni çempion edib) ən azı etik cəhətdən düzgün deyil.

Məsələnin etik tərəfini ataq bir yana. Əcəba, Tərlan Əhmədovu nə və ya kim vadar edib ki, həmkarını asıb-kəssin, tənqid etsin? Yalnız iki versiya var:

Birinci versiya: Tərlan Əhmədov “Neftçi” rəhbərliyinin sifarişi ilə elə danışırdı. Ola bilsin ki, artıq aralarında razılaşma da var ki, Samir Abasov istefaya gedən kimi yerinə Tərlan Əhmədov gələcək.

İkinci versiya: Oda ola bilər ki, “Neftçi” rəhbərliyi ilə Əhmədov arasında heç bir separat danışıq olmayıb. Sadəcə Tərlan müəllim Samir Abasovun postunun laxladığını görüb, özünü təqdim edir.

Kimə? Əlbəttə ki, “Neftçi” rəhbərliyinə. Demək istəyir ki, sizi müdafiə etdim, Samiri yıxıb-sürüdüm, başqa yerdə məşqçi axtarmayın, mən burdayam, gələrəm, nə desəniz də əməl edərəm.

Üçüncü versiya yoxdur belə davranışda. Bəs bu iki versiyadan hansı həqiqətdir? Hansı olursa, olsun, hər ikisi biabırçı davranışdır.

Tərlan Əhmədov da belə xərcləndi. Bu “Neftçi” nə matah klubmuş belə? Adam qalmadı ey özünü xərcləməsin, satmasın bu kluba görə.

BİZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda