Samir Abasov "Qarabağ"la derbi öncəsi BU QƏRARI VERDİ

27 Oktyabr 2021 17:00 Neftçi 2 162
Samir Abasov "Qarabağ"la derbi öncəsi BU QƏRARI VERDİ

Şənbə günü ölkə çempionatının əzəli qarşıdurması baş tutacaq.

Ardıcıl səkkizinci mövsümdür Azərbaycanı avrokubokların qrup mərhələsində təmsil edən “Qarabağ” son çempion “Neftçi”ni qəbul edəcək.

Bu komandalar arasında son dövrlərdə baş tutan hansısa oyunun maraqsız və gərgin keçdiyini xatırlamaq mümkün deyil. Çox güman, bu dəfə də elə olacaq.

Qarşılaşmanın riskini, nəticənin vacibliyini nəzərə alan Samir Abasov oyuna 3-4 gün qalmış önləyici tədbir görüb.

43 yaşlı mütəxəssis futbolçu və məşqçi heyətini ətraf mühitdən təcrid edib. Lap dəqiq deməli olsaq, “Neftçi”dən kiminsə mətbuata müsahibə və ya açıqlama verməsi qadağandır!

Hətta media mənsublarının məşqi yaxınfan izləyib, kiməsə yaxınlaşması da mümkün deyil!

Abasov ilk növbədə hansısa futbolçunun verə biləcəyi açıqlamanın ictimaiyyət və rəqib tərəfindən yanlış anlaşılacağından ehtiyatlanır. Digər tərəfdən, kollektivdə hər kəsin diqqətini “Qarabağ”la oyuna ayırmasını tələb edir.

“Qarabağ” – “Neftçi” görüşü oktyabrın 30-u, saat 18.30-da başlayacaq. Oyun “Azərsun Arena”da keçiriləcək.

HƏBİB / Sportinfo.az

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"