“Milan”ın yetirməsi olan qapıçı “Neftçi”yə gələcək? - FOTO

21 İyul 23:00 Neftçi 819
“Milan”ın yetirməsi olan qapıçı “Neftçi”yə gələcək? - FOTO

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində bu gün “Olimpiakos”la qarşılaşacaq olan “Neftçi” heyətini daha bir futbolçu ilə gücləndirmək niyyətindədi.

Sportinfo.az xəbər verir ki, “ağ-qaralar”a menecerlər tərəfindən yeni oyunçu təklif olunub.

Bu, italiyalı qolkiper Rikkardo Piscitellidi. 27 yaşlı qapıçı hazırda azad agentdi.

Onun son klubu Portuqaliya 2-ci liqasında çıxış edən “Nasional” olub. “Neftçi”nin məşqçilər korpusu hələ ki Rikkardo haqda yekun qərar verməyib.

Qolkiper İtaliya nəhənglərindən “Milan”ın yetirməsidi. Piscitelli karyerası ərzində “Benevento”, “Karpi”, “Dinamo” (Buxarest) kimi klublarda çıxış edib. Qolkiper İtaliyanın U-18, U-19, U-20 və U-21 yığmalarının şərəfini qoruyub (Futbol+).

Digər Xəbərlər
Xəbər Lenti
24 İyul 20:40 "Bir qədər pis oldum"
24 İyul 17:55 Vaxtdır, Cavid!