“Neftçi”yə cəmi 1 dəqiqə imkan verdilər ki… VİDEO+FOTOREPORTAJ

22 İyun 2021 10:40 Neftçi 1 040
“Neftçi”yə cəmi 1 dəqiqə imkan verdilər ki… VİDEO+FOTOREPORTAJ

“Neftçi” 2021/22 mövsümünü hazırlığı Sloveniyada davam etdirir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu yay fasiləsində ilk yoxlama oyununu keçirib.

Samir Abasovun yetirmələri bugünkü ilk sınağında Sloveniya təmsilçisi “Olimpiya” ilə qarşılaşıb.

1:1 hesabı ilə başa çatan matçdakı hər iki top oyunun əvvəlində vurulub. Görüş qarşılıqlı erkən qollarla başlayıb.

Premyer Liqanın bombardiri Namiq Ələsgərov 2-ci dəqiqədə meydan sahiblərinin qapısına yol tapıb. Lakin sevinc uzun sürməyib. “Ağ-qaralar” 1 dəqiqə sonra cavab qolunu buraxıb.

Bakı təmsilçisi növbəti oyununu iyunun 25-də Macarıstanın “Fehervar” klubuna qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti