"Neftçi"də növbəti ayrılıq? "Onu bizimlə bağlayan heç bir bağ yoxdur"

9 İyun 2021 16:00 Neftçi 2 690
"Neftçi"də növbəti ayrılıq? "Onu bizimlə bağlayan heç bir bağ yoxdur"

20 günlük fasilədən sonra son çempion "Neftçi" dünən bir araya gəldi.

Çempionlar Liqasına hazırlışan komandanın heyətində Səlahət Ağayevin məşqlərdə iştirak etməməsi nəzərdən qaçmadı.

Görəsən, təcrübəli qapıçı komandadan ayrılıb, yoxsa buna başqa səbəb var?

Ağayevlə bağlı son durum haqqında Sportinfo.az-a açıqlamasında "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev bunları deyib:

"Ağayevin müqaviləsi bitibsə, məşqlərə necə çıxa bilər? Yeni müqavilə imzalamaq istəyirik. Hazırda danışıqlar gedir. Rəsmi müqavilə imzalansa bu barədə məlumat veriləcək.

Hal-hazırda Səlahət Ağayevlə bizi bağlayan heç bir bağ yoxdur. Buna görə də məşqlərdə iştirak eləmir.

Bəli, məşqçilər korpusu onun komandada qalmasını istəyir. Razılığa gəlinsə yeni müqavilə imzalanacaq. Yox, razılıq əldə olunmasa, hərə öz yoluna davam edəcək".

30 yaşlı qapıçı 2020/2021 mövsümü "Neftçi"nin heyətində 3 oyun meydana çıxıb və qapısından 3 top buraxıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"