Zaur Qəhrəmanov qəflətən ortaya niyə çıxdı, nə iddiası var?

17 May 2021 12:40 Neftçi 3 752
Zaur Qəhrəmanov qəflətən ortaya niyə çıxdı, nə iddiası var?

SOCAR-ın Türkiyədəki törəməsi -“SOCAR Turkey Enerji A.Ş.”nin baş direktoru Zaur Qəhrəmanov eyni zamanda "Neftçi"nin Müşahidə Şurasının üzvüdür.

O, artıq 6 ilə yaxındır ki, paytaxt klubunun rəhbərliyində təmsil olunur.

Şuranın digər üzvlərindən fərqi odur ki, idarəetmə prosesində yaxından iştirak edir, müşahidəçi qismində qalmır.

Bu da ondan irəli gəlir ki, atası SOCAR-ıın "Neftçi"nin əsas maliyyə təminatçısının 11 vitse-prezidentindən biridir. Tofiq Qəhrəmanov strateji inkişaf üzrə vitse-prezidentdir və bu, futbol həvəskarı kimi tanınan oğlunun klubda sbz sahibliyinə zəmin yaradıb.

Zaur bəy ələlxüsus 2018-ci ilin əvvəlindən – Kamran Quliyevin "Sumqayıt"dan "Neftçi"yə gətirilməsindən sonra burada aktivlik göstərməyə başlayıb. Bir çox qərarların təşəbbüskarı və dəstəkçisidir.

Əlbəttə, o, buna kimi heç bir məsələdə göz qabağında olmağı lazım bilməyib, daim pərdə arxasında qalıb. Xeyli layihə var ki, onun ideyasını Türkiyədən verib, sonra da icrasına nəzarət edib.

Sonuncu belə fakt Keysuke Honda ilə bağlıdır. Yaponiyalı yarımmüdafiəçinin "Neftçi"yə gətirilməsi onun vasitəsilə baş tutub.

35 yaşlı keçmiş ulduzun Azərbaycanda 2 aylıq qalmaq məsrəflərini də onun tərəfindən qarşılanmasına dair dövrü mediada xeyli xəbərlər çıxıb.

Z.Qəhrəmanov bütün proseslərə təsir gücünə sahibdir. İki il öncə Stiven Monrozun "Qəbələ"dən "Neftçi"yə dəvət olunması onun qarışdığı məsələlərdən, sadəcə, biridir.

Deməyiimiz odur ki, futbolçu transferlərinə təsir göstərən şura üzvünün daha qlobal işlərdən kənarda qalması qeyri-mümkündür. Baş məşqçilərin gətirilməsi və göndərilməsi də onun qeyri-rəsmi səlahiyyətlərinə daxildir.

Bəzən də elə vəziyyət alınır ki, klub idarəçilərinə "əlimyandı"da nağd pul lazıım olur, bu zaman "dosta zəng" işə düşür.

Bunu isə əksər hallarda klubun mətbuat katibi Rüstəm Allahverdiyev öz üzərinə götürür. Bəli, bəli, o.

Kamran Quliyev prezident olsa da, çox yerdə "moy brat" deyə nişan verdiyi Zaur Qəhrəmanovdan hər xahişi edə bilmir. Ehtiyatlanıır ki, sözü ciddiyə alınmaz, "yox" cavabı alar.

Qəhrəmnovun Allahverdiyevə necə simpatiya bəsləməsi isə klubdakılara yaxşı məlumdur. Quliyevin xahişi ilə ona yazdığı mesajlara Zaur bəy hələ mənfi cavab verməyib.

Bircə onu xatırladaq ki, "Neftçi"TV-nin açılması üçün tələb olunan maddi-texniki dəstək Qəhrəmanovdan gəlib. "Yutub" üzərindən yayımlanan kanalın ərsəyə gəlməsi yetərincə böyük məsrəf aparıb, üstəlik, onun aylıq büdcəsi hardasa 12-15 min manat civarındadır.

Z,Qəhrəmanov o kəsdir ki, klubdan istənilən fiquru tərpətmək gücü var. 2019-cu ilin yayında – Avropa Liqasının ikinci təsnifat mərhələsinin "Arsenal"la oyunlarından öncə komandanın Antalyada təlim-məşq toplanışı keçdiyi məkana gələrək, idarəçilərə "Rusiya klubunu mübarizədən kənarlaşdırmasaz, istefa verməli olacaqsız" xəbərdarlığı edən şəxsdir.

"Neftçi" rəsmilərinin bəxti gətirdi ki, komanda Tuladan olan rəqibinə 1:0 və 3:0 hesabıyla qalib gəldi və belə demək mümkünsə, xəta sovuşdu.

Z.Qəhrəmanov klub prezidentinin müqəddəratını təyin edən personadır. Doğrudur, SOCAR-ın vitse-prezidentlərindən Mikayıl İsmayılov "Neftçi"nin əsas kuratoru olaraq bilinir, ancaq onun o qədər öz işi var ki…

Ayda-ildə bir dəfə klubda gedən işlərlə ya maraqlanar, ya maraqlanmaz. O da üzdən, elə-belə yəni. Çox nadir hallarda hansısa məsələyə münasibət bildirər, "filan işi görün" söyləyər.

İdman deyəndə, İsmayılovu əsasən Gəncədə bəslədiyi atlar maraqlandırır, hansı ki, yaratdığı fermaya nəzarəti elə K.Quliyevə həvalə edib. Cari problemlərin həlli və ondan irəli gələn tədbirlərin görülməsinə gündəlik diqqət yetirən şəxs Z.Qəhrəmanovdur.

Hesabat, adətən, ona göndərilir. Bir də Cəbrayıl Cəbrayılova. Bu iki fərd K.Quliyevin himayəçisidir. AFFA istəsə belə, onlardan xəöərsiz və icazə almadan klub prezidentini yerindən tərpədə bilməz.

Mütləq Qəhrəmanovla Cəbrayılovdan «okey» almalıdırlar. Quliyev nə edib, nə etməyibsə, adlarınıı çəkdiyimiz şəxslər onun arxasında dağ kimi dayanıblar və hələ ki, yarpaqtək əsmirlər.

AFFA rəhbərliyinin heç ağlına da gəlməzdi ki, 3 il əvvəl özlərinin təqdimatı ilə "Neftçi"nin başına gətirdikləri adamı bir gün vəzifədən götürmək istəsələr, bu cür müqavimətlə üzləşərlər.

Axı Elnur Məmmədovla Orxan Hüseynzadənin işində belə olmamışdı. AFFA hər ikisini günün günorta çağı "hop-stop" eləmişdi, indi isə görünür ki, K.Quliyev daha "diş"lidir və özünə güclü "arxa" yarada bilib.

Bütün bu iç olayların orbitrində dayanan Z.Qəhrəmanov, budur, yavaş-yavaş mediada da görünməyə başlayıb. Adətən, kölgədə qalan patronun "Sumqayıt"la matçdan sonra verdiyi müsahibə müəyyən nəticələr çıxarmaq üçün yaxşı "material"dır.

Sitat: "Baş məşqçimiz Samir Abasov açıqlamasında çox doğru demişdi ki, çempionatın intriqası "Neftçi"yə görə hələ qalır. Əlbəttə, biz də qalib gəldik, "Qarabağ" da. Hər şey son tura qaldı. İnanıram ki, güclü qazanacaq. Bizə yalnız qələbə lazımdır, rəqibimizə isə heç-heçə də bəs edir. Əlbəttə, komandamıza inanıram! "Neftçi" "Neftçi"dir və qələbəyə oynayır. "Neftçi"nin ağ və qara zamanları var idi. Amma hər zaman çempionluğa oynayırdıq. İnanıram ki, bu dəfə də çempion olacağıq. Roberto Bordinin baş məşqçi olduğu dövrdə sona 2-3 tur qalmış çempionluq marafonuna düşmüşdük. İndi isə çempionluq son tur qaldı. İnşallah, qazanacağıq. Bizim klubda hamının hədəfi budur - Müşahidə Şurasından başlayaraq, bazanın qapısında duran mühafizəçiyədək hər kəs komandamıza inanır. İnanırıq ki, çempion olacağıq. Çempionluq matçınn əcnəbi baş hakimin idarə etməsini istərdim, yoxsa yerli referilərin? Əlbəttə, özümüzünküləri. Bizim hakimlərə nə olub? Maşallah, hamısı gözəl referilərdir. Bəli, gəncdirlər, hərdən səhvləri olur. Amma bu, hər adamda olur. Çox gözəl hakimlərimiz var, heç bir iradımız yoxdu. Kimi təyin edərlər, o da olar. Ən əsası, futbol qazansın. Bu, həm "Qarabağ", həm də bizim üçün lazımdır".

Qəhrəmanovun qəfildən ortalıqda görünməsi və bununla kifayətlənməyib, danışmağa başlaması zaman olaraq təsadüfən seçilməyib.

Məhz indi - uğurun gözlənildiyi bir dönəmdə mətbuatın tribunasından istifadə etməsi özünü bacarıqlı kadr kimi daha yuxarı dairələrə göstərmək istəməsindən irəli gəlir.

Görünür, "üst eşalon"a çatdırmaq niyyəti var ki, baxın, mən "Neftçi"ni nəzarətimə götürəndən sonra nə işlər görmüşük, çempionluq uğrunda mübarizə aparırıq.

Bu da real variantdır ki, Z.Qəhrəmanovu tezliklə AFFA-nın rəhbərliyində görək. Hər halda iştah diş altındadır.

"Neftçi" çempionluq kubokunu "Qarabağ"ın əlindən geri alsa, onsuz da, AFFA-nın idarəçiliyindən narazı olan çevrələr də buna biganə qalmayacaq və "layiqli kadr" ətrafında yeni axtarışlar başlayacaq.

Və bu zaman, Z.Qəhrəmanov personası namizədlər içərisində bir addıım irəli çıxa bilər. Kim bu əlahiddə şans və üstünlükdən, etimaddan imtina edər?:

O cümlədən, SOCAR-ın Türkiyədəki törəməsi -“SOCAR Turkey Enerji A.Ş.”nin baş direktoru.

Belə gözəl fürsət hələ-hələ ələ düşməz. Bu dəfə fürsət özü ayağa gəlib…

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"