"Neftçi"dən Meza Kolli xəbərinə REAKSİYA GƏLDİ

7 May 2021 21:00 Neftçi 1 991
"Neftçi"dən Meza Kolli xəbərinə REAKSİYA GƏLDİ

Azərbaycan Premyer Liqasında mövsümün başa çatmasına cəmi 3 tur qalıb.

Artıq indindən klubların transfer çalışmalarına başladığı sirr deyil.

Təbii olaraq da belə durumda bəzi futbolçuların transferlərdə adının hallanması normal haldı. Hazırda bu baxımdan adı daha çox hallanan isə "Keşlə"nin Paraqvaydan olan futbolçusu Sezar Meza Kollidir.

Yarımmüdafiəçinin adı bir müddətdir "Neftçi" ilə bərabər çəkilir. Futbolçunun oyunun Samir Abasov tərəfdən bəyənildiyi və artıq ilk razılaşmanın əldə olunduğu da deyilənlər arasındadır.

Meza Kollinin "Neftçi"yə mümkün transferi ilə bağlı Sportinfo.az-a danışan "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev bunları deyib:

"Rəhbərlik heç bir futbolçu ilə danışıq aparılmadığını bildirib. Futbolçularla danışıqlar may ayının 20-dən sonra başlanacaq.

Hazırda maraqlandığımız kimsə yoxdur. Bu dəqiqə məşqçilər heyəti və futbolçuların bütün fikri qarşıdakı oyunlara yönəlib. Hər hansı bir futbolçu ilə nə maraqlanmışıq, nə görüşmüşük, nə də danışımışıq".

Digər Xəbərlər
Xəbər Lenti