Samir Abasova barmaq silkələdilər – Bir də bizi söymə!

22 Aprel 2021 13:00 Neftçi 1 176
Samir Abasova barmaq silkələdilər – Bir də bizi söymə!

«Neftçi»nin bir qrup futbolçusu klub rəsmilərinə müraciət edib.

Onlar Samir Abasovun davranışından narazı olanlardır.

Şikayətçilər baş məşqçinin istər məşq, istərsə də oyun vaxtı təhqiramiz ifadələrdən istifadə eləməsinə qarşı çıxıb.

Komanda üzvlərini hiddətləndirən çalışdırıcının «Qəbələ» ilə səfər matçında (2:2) Anton Krivotsyuka «tupoy» deməsidir.

Demə, Abasov gündəlik hazırlıq prosesi zamanı da bu kimi qeyri-etik ifadələri tez-tez dilinə gətirir. Özü də ən çox yerli futbolçuların ünvanına.

Onlar indi klub rəhbərliyindən baş məşqçiyə bu xəbərdarlıq etmələrini istəyir. Hətta adekvat addım atacaqlarını da bildiriblər: «Abasov bir də dilinə söyüş gətirsə, biz ona sərt cavab verəcəyik».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti