“Qarabağ”ın legioneri azərbaycanlı idmançıya dəstək oldu - VİDEO

22:05 Hadisə 221
“Qarabağ”ın legioneri azərbaycanlı idmançıya dəstək oldu - VİDEO

Rüstəm İmanzadə - Ağır atletika üzrə 15 və 17 yaşa qədər yeniyetmə oğlanlar və qızlar arasında Avropa Birinciliyinin qalibi.

Azərbaycan Kubokunun sahibi, yeniyetmələrin dünya birinciliyində 5-ci yerin sahibi, 2012-ci ildə Türkiyənin Bursa şəhərində keçirilən 3-cü Beynəlxalq Rumi Uşaq İdman Oyunlarının qızıl medalçısı, yeniyetmələr və böyüklər arasında Azərbaycan çempionu adını qazanıb.

Rüstəm Sinkleyr cədvəli üzrə Avropa birinciliyinin ən yaxşı idmançısı seçilib. Onun çempionatda aldığı nəticə yaşı 15-ə qədər olan idmançılar arasında ən yüksək olub.

İmanzadə 2014-cü ildə Kiprin Limassol şəhərində keçirilən qitə birinciliyində birdən qaldırmada 3-cü yerin sahibi olub. Lakin təkanla qaldırmada ciddi zədə aldı.

148 kq ağırlığı qaldırarkən onun sağ qolu qırılıb və belindən ağır zədələnib. Rüstəm 1 il daimi müalicə alsa da, müalicəsi yarım qalıb və bu səbəbdən karyerasını 16 yaşında bitirmək məcburiyyətində qalıb.

11 ildən çoxdur dəfələrlə əməliyyat olunan, müalicə kursu keçən keçmiş atlet sosial şəbəkə hesabında etdiyi paylaşımlarla izləyicilərindən maddi yardım istəyir, hazırkı vəziyyətinə görə ona kömək edənlərə təşəkkür edir.

Bir neçə gün əvvəl etdiyi növbəti paylaşımda insanlardan çağırışına səs verməsini xahiş edib.

“Qarabağ”ın futbolçusu Marko Yankoviç də yarış zamanı zədələnmiş idmançıya dəstək nümayiş etdirib.

Monteneqrolu futbolçu həmin videonu “instagram” hesabında paylaşaraq Rüstəm İmanzadəyə dəstək göstərib.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti