"Napoli"nin məşqçisi dedi ki, belə davam edim, məni izləyəcəklər”

14 İyun 23:20 Qarabağ 170
"Napoli"nin məşqçisi dedi ki, belə davam edim, məni izləyəcəklər”

"Məğlubiyyətə baxmayaraq, bu qarşılaşmanı yaxşı xatırlayacam”.

Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın qapıçısı Mateuş Koxalski deyib.

Polşalı kiper Çempionlar Liqasının əsas mərhələsində “Napoli” ilə keçirdikləri səfər matçını xatırlayıb:

“Uduzduğumuz oyundan sonra heç vaxt razı qalmıram. Amma həmin vaxt çox müsbət şeylər baş verdi.

Bir neçə yaxşı qurtarışım oldu. Təkcə yaxınlarımdan yox, başqalarından da təbriklər aldım.

Matçdan sonra "Napoli"nin məşqçilər korpusundan bir nəfərlə danışdım. Məni təriflədi,

Dedi ki, belə davam edim və inkişafdan qalmayım, çünki məni izləyəcəklər. Bu, çox böyük motivasiya oldu".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!