“Şəfa”dan ayrılan Elgiz Kərəmlinin yeni iş yeri müəyyənləşib.
34 yaşlı mütəxəssis “Kəpəz”də çalışacaq.
O, burada Arif Əsədovun köməkçisi vəzifəsini yerinə yetirəcək.
Kərəmlini bura dəvət edən məhz Əsədov olub.
Təcrübəli çalışdırıcı gənc həmkarının əvvəlki komandasındakı işini bəyəndiyindən onu yanına çağırıb. Kərəmli Arif bəylə işləməyə “hə” deyib.
Xatırladaq ki, bir müddət əvvəl Elgiz Kərəmli gündəmin adamına çevrilmişdi.
O, “Şəfa”nı II Liqadan İ Liqaya daşıyıb, ardınca I Liqanın çempionu qismində Premyer Liqaya yüksəltməsinə baxmayaraq, klub rəhbərliyi onunla yola davam etmək istəməmişdi.
“Şəfa” rəhbərliyinin məlum qərarı ictimaiyyət tərəfindən haqlı narazılığa səbəb olmuşdu.
HƏBİB / SPORTİNFO.AZ

