"Neftçi"nin legioneri: "Klub prezidentinə formamı göstərdim ki, adımı xatırlasın” - VİDEO

7 Aprel 2021 14:20 Neftçi 923
"Neftçi"nin legioneri: "Klub prezidentinə formamı göstərdim ki, adımı xatırlasın” - VİDEO

"Neftçi"nin legioneri Stiven Jozef-Monroz klubun rəsmi televiziyasında yayımlanan "Piramida" verilişinə qonaq olub.

Sportinfo.az xəbər verir ki, fransalı hücumçu XX turda "Səbail"i məyus etdikdən sonra fərqli qol sevinci yaşadığını xatırlayıb:

"Bu, sadəcə, zarafat idi. Klubumuzun prezidenti Kamran Quliyev oyundan 1 gün əvvəl gəlib, məndən "adın nədir" deyə soruşdu. Mən uzun vaxt idi ki, qol vurmurdum.

Həmçinin, demək olar ki, məhsuldar ötürmələrim də yox idi. Mən də dedim ki, adımı xatırlamırsızsa, bunu sizə oyun zamanı nümayiş etdirəcəm.

Qol vurduqdan sonra tribunalara bu formada baxaraq, klub prezidentini axtardım. Sonra da formamı göstərdim ki, adımı xatırlasın.

Bu, sadəcə onunla bağlı idi. Yəni eynəklik nə isə yox idi (gülür - red.)".

"Neftçi" XX turda "Səbail"i 4:0 hesabı ilə məğlub edib. Stiven Jozef-Monroz həmin görüşün 66-cı dəqiqəsində komandasının ikinci qoluna imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!