
Bu gün «Neftçi» ilə müqavilə bağlayacaq Keysuke Hondanınn Azərbaycana özüylə daha bir işçisini gətirdiyi məlum olub.
Belə ki, yaponiyalı yarımmüdafiəçi şəxsi mətbuat katibini də burada görmək istəyib.
Press-ateşe onun Bakıda olduğu müddətdə media ilə münasibətlərini tənzimləyəcək.
Elə bilməyin ki, 35 yaşlı futbolçu Azərbaycan mediası ilə münaasibətlərini yaxınlaşdırmaq məqsədi jüdür. Onun maraq dairəsində yalnız Yaponiya KİV-idir.
Tokio Olimpiadasında çıxış etmək arzusunu reallaşdırmaq istəyən, məhz klubsuz qalmamaq üçün «Neftçi»yə gəlməyən asiyalı keçmiş ulduz qarşıdakı 3 ayda ölkəsinin mətbuatının gündəmindən düşməməyi planlaşdırıb.
Şəxsi mətbuat katibi Hondanın Bakıda keçirdiyi hər gün haqda yapon jurnalisitlərini məlumatlandıracaq, sosial mediada video və fotolar yerləşdirəcək, müsahibələrini təşkil edəcək.
Tanınmış oyunçu eyni münasibəti yerli pressaya göstərməyəcək. Hər halda bu, müqavilədə də öz əksini tapıb. Honda intervyu və reportaj təkliflərinin sayına məhdudiyyət qoyub. O, yalnız klub kanalına və rəsmi sayta danışacaq.
Yaponiyalı yarımmüdafiəçi özü ilə şəxsi aşpazını da bura gətirib. Onu fiziki hazırlıq üzrə məşqçi də müşayiət edir. Həmin mütəxəssis keçmiş ulduzun gündəlik hazırlıq prosesini nəzarətdə saxlayacaq.
Yəni ki, Honda ağ-qara formanı geyindiyi müddətdə bu məşqçinin tərtib etdiyi proqram əsasında çalışacaq.
Başqa sözlə, Samir Abasovun müəyyənləşdirdiyi məşq planının Kamboca yığmasının sükançısına heç bir aidiyyatı yoxdur. Bu, sabah imzalanacaq müqavilə şərtlərində də öz əksini tapıb.
SPORTİNFO.AZ