
“Barselona”nın baş məşqçisi Hans-Diter Flikin ilk mövsümü olduqca uğurlu alınıb.
Kataloniyalılar mövsümün son turunda “Atletik”i 3:0 hesabı ilə məğlub edərək çempionluğu gözəl qələbə ilə qeyd edib.
Komanda La Liqanı 88 xalla lider olaraq başa vurub və bu göstərici “Real”ı 4 xal geridə qoymağa kifayət edib.
Sportinfo.az xaric KİV-ə istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı oyundan sonra verdiyi açıqlamada bunları deyib:
“Tətil planım var, Almaniyaya getməyi düşünürəm. Amma məşqçilər heç vaxt işdən tamamilə uzaqlaşa bilmir”.
“Barselona” 2024/25 mövsümündə La Liqanı, İspaniya kuboku və superkubokunu qazanaraq, ölkə daxili yarışlarda üç kuboka sahib çıxıb. UEFA Çempionlar Liqasında isə komanda yarımfinala qədər irəliləyib.
Flik yaxın günlərdə kataloniyalılarla olan müqaviləsinin müddətini 2027-ci ilə qədər uzadıb.