Azərbaycan klubunun mümkün rəqibləri siyahısında dəyişiklik oldu

27 May 13:20 Avropa Liqası 317
Azərbaycan klubunun mümkün rəqibləri siyahısında dəyişiklik oldu

Azərbaycanın bir klubla təmsil olunacağı Avropa Liqasında I təsnifat mərhələsinin iştirakçıları siyahısında dəyişikliklər olub.

Sportinfo.az xəbər verir ki, buna Konfrans Liqasının finalında üz-üzə gələcək “Çelsi” və “Betis” öz çempionatlarından qitəmiqyaslı turnirlərə vəsiqə qazanmaları səbəb olub.

İngiltərə klubu Çempionlar Liqasının, İspaniya təmsilçisi Avropa Liqasının Liqa mərhələsində oynamaq hüququnu qazanıb.

Konfrans Liqasının gələcək qalibi artıq bu vəsiqəni əldə etdiyi üçün digər komandaların bölgüsü dəyişdirilib.

Təsnifat mərhələlərinin ən reytinqli komandası birbaşa Avropa Liqasının Liqa mərhələsinə yüksələcək.

Bu komanda ya Ukrayna “Şaxtyor”u, ya da Zaqreb “Dinamo”su olacaq. Onlardan hansının Avropa Liqasının əsas raunduna düşməsi Xorvatiya kubokunun finalından asılıdır.

Əgər çempion adını qazanan “Riyeka” finalda “Slaven”ə qalib gəlsə, “Dinamo” vitse-çempion kimi Liqa mərhələsinə yüksələcək.

Onda “Şaxtyor” I təsnifat mərhələsində səpələnmişlər sırasına düşəcək. “Slaven” kuboku və Avropa Liqasına vəsiqəni qazansa, “Şaxtyor” Liqa mərhələsinə yüksələcək,

Belupo təmsilçisi I təsnifat mərhələsində oynayacaq. Bu dəyişikliklər nəticəsində Konfrans Liqasında oynamalı olan “İlves” də Avropa Liqasına yüksəlib.

Azərbaycanı bu turnirdə “Zirə” və ya “Sabah” təmsil edəcək. Bu, ölkə kubokunun mayın 31-də keçiriləcək final matçında dəqiqləşəcək.

Təmsilçimiz püşk zamanı səpələnməmişlər sırasında yer alacaq. Bakı klubunun mümkün 8 rəqibindən altısı dəqiqləşib.

I təsnifat mərhələsinin püşkatması iyunun 17-də olacaq.

I təsnifat mərhələsi
Səpələnmişlər

“Legiya” (Polşa)
“Partizan” (Serbiya)
“Şerif” (Moldova)
ÇFR (Rumıniya)
“Selye” (Sloveniya)
“Spartak” (Slovakiya)

Səpələnməmişlər
“Paksi” (Macarıstan)
“Levski” (Bolqarıstan)
“Aktobe” (Qazaxıstan)
“İlves” (Finlandiya)
Azərbaycan klubu
“Priştina” (Kosovo)

Qeyri-müəyyənlər
“Şaxtyor” (Ukrayna) və ya Xorvatiya klubu
AEK (Kipr)
İsrail klubu
İsveç klubu

Digər Xəbərlər
Xəbər Lenti