“Neftçi”nin son halına baxın! - “Danışan” FOTOLAR

26 May 19:40 Neftçi 761
“Neftçi”nin son halına baxın! - “Danışan” FOTOLAR

“Neftçi”nin “Sabah”la Masazırdakı duelində gözlərim “Neftçi”nin azarkeşlərini axtarırdı.

Qonaqlar üçün ayrılmış sektora diqqət yetirəndə, ağ-qara formada olan 10-15 nəfər nəzərimdən yayınmadı.

Səssiz halda oturub, sevimli komandalarının yaxşı mənada nəsə edə biləcəyinə ümid edirdilər. “Neftçi” prinsipial rəqibi ilə növbəti dəfə bacarmadı, azlıqda qalan rəqibindən top buraxdı, qol imkanlarnı sağa-sola xərclədi və sair.

İllərdir Azərbaycan tribunalarının bəzəyinə çevrilən “Forza Neftçi” komandadan incik düşdüyünü və cari mövsümün sonuna qədər stadionda olmayacaqlarını çoxdan bəyan edib.

Deyək ki, narazılıq və narahatlıqlarını tam da olmasa, müəyyən mənada başa düşmək olar.

Məgər “Neftçi” azarkeşi yalnız “Forza Neftçi”dən ibarətdir? Digərləri hanı? Xırdalanda, Sarayda, Masazırda, Novxanıda yaşayanlar üçün “Bank Respublika Arena”ya gəlmək bu qədərmi çətindir?

Əminəm ki, sualların arxasında “ağ-qaralar”ın uğursuzluğu dayanır. “Neftçi” bu gün çempionluq demirəm, avrokuboklara vəsiqə uğrunda mübarizə aparsaydı, ölkə kubokunun finalına yüksəlsəydi, Masazırda azı 300 “Neftçi”sevər olacaqdı.

Lakin ürəkaçan nəticə yoxdur deyə, azarkeşlər komandadan üz döndərib. Yaxşı mənada nəsə olacağına ümid etmirlər.

Yeganə çıxış yolu mövsümlərarası fasilə dönəmində “Neftçi”ni “söküb”, yenidən “yığmaqdır”. Başqa cür mümkün olmayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti