
“Kəpəz”in yeni rəhbərliyi ağır yükün altına girdi: Azər Bağırovla yollar ayrıldı…
“Kəpəz”də Azər Bağırovdan sonra baş məşçqi postuna hansı yerli məşqçilər namizəddir?
Qurban Qurbanovu “Barselona”da heyrətləndirən hadisə
“Neftçi”də transfer bazarlığı: Samir Abasov nədən narazıdır?
Daha ətraflı bu gün saat 21:00-da “Sportinfo TV”də yayımlanacaq “Futbol manşet” verilişində…
Elçin Cəfərovla Ramiz Mirzəzadənin təqdimatında yayımlanacaq verilişdə canlı yayım zamanı azarkeşlərin ünvanladıqları suallar da cavablandırılacaq, Azərbaycan kubokunun finalında “Sportinfo TV” izləyicilərini gözləyən sürprizlərdən də bəhs ediləcək.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Mayın 29-da “QOLAT Sport Service & Football Agency” tərəfindən “Futbol Konfransı Bakı” adlı beynəlxalq futbol konfransı keçiriləcək.
Azərbaycanda ilk dəfə təşkil olunacaq konfransın əsas məqsədi ölkəmizdə futbol sahəsində çalışan insanların bir araya gələrək müasir futbol mövzularının müzakirəsində iştirak etmək, xarici və yerli mütəxəssislərlə qarşılıqlı fikir mübadiləsində aparmaq və əlaqləri genişləndirməkdir.
Futbol Forumunun əsas mövzu istiqaməti “Dəyişən Futbol Dünyası” olaraq nəzərdə tutulub.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN