“Neftçi”də ümidləri doğrultmasa da, bacardığı bir şeylər var - VİDEO

23 May 19:40 Neftçi 445
“Neftçi”də ümidləri doğrultmasa da, bacardığı bir şeylər var - VİDEO

“Neftçi”yə gəldiyi gündən zədələrlə əlləşən, mövsümün qaynar vaxtında kölgədə qalan Dembo Darbo sosial şəbəkə hesabındakı paylaşımla gündəmə gəlib.

Qambiyalı hücumçu həyat yoldaşının ad günü ilə bağlı maraqlı video hazırlayaraq izləyicilərinə təqdim edib.

Afrikalı hücumçu baldızı ilə əl-ələ verərək Belarusdan olan Anastasiya adlı xanımına sürpriz etmək qərarına gəlib. Onlar öncə müxtəlif həddiyələr alıb, daha sonra mətbəxtdə tort bişirərək bunu dünyanın ən dadlı şirniyyatı adı ilə ad günü səbəbkarına təqdim ediblər.

Darbo “Neftçi”də aldığı böyük məbləğli maaşın qarşılığında18 oyunda cəmi 5 qol vursa da, əlamətdar günlər zamanı xüsusi fəallıq göstərməsi sevindirici hal kimi qiymətləndirilə bilər.

Buyurun, “ağ-qaralar”ın məmnun futbolçusunun hazırladığı videoya siz də baxın.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
23 May 11:00 Bir-bir gəlin!