
Uğursuz mövsüm keçirən "Neftçi" yeni mövsümün hazırlıqlarına indidən başlayıb.
Baş məşqçi Samir Abasovla yollara davam edəcək "ağ qaralar"da köklü dəyişikliklər olacaq.
Təxminən 10 nəfərdən artıq futbolçu ilə yollar ayrılacaq.
Təbii ki, daha artıq sayda yeni oyunçunun cəlb edilməsi plandadır.
Təcrübəli mütəxəssis oyunçu seçimində bir məqama xüsusi diqqət yetirəcək.
Abasov maksimum yaşı az olan oyunçulara üstünlük verəcək.
Bu da boşuna deyil.
Hazırkı heyətdən nə az, nə çox 15-ə yaxın futbolçunun yaşı 30-dan çoxdur.
Təbii ki, səviyyəsi yüksək olan, komandaya güc qatacağı düşünülən yaşı çox olanlara yer ayrılacaq.
Amma bu məsələdə klub iki qat diqqətli olacaq.
Seçimlər son dərəcə həssaslıqla aparılacaq.
Ki, son iki mövsümdə yaşananlar təkrarlanmasın.
XANOĞLAN / SPORTİNFO.AZ