Millimizin baş məşqçisi: "Hədəfimiz A liqasına vəsiqə qazanmaq olacaq"

27 May 03:20 Milli komanda 169
Millimizin baş məşqçisi: "Hədəfimiz A liqasına vəsiqə qazanmaq olacaq"

Çimərlik futbolu üzrə Azərbaycan komandasının baş məşqçisi Sahib Məmmədov AFFA-nın mətbuat xidmətinə açıqlamasında Avropa çempionatının I seçmə mərhələsi (EBSL) çərçivəsində İspaniyada keçirilən oyunları dəyərləndirib.

Sportinfo.az AFFA-ya istinadən xəbər verir ki, Məmmədov millinin hədəflərindən də bəhs edib:

“Qrupun son oyununda Litvaya məğlub olsaq da, ilk iki matçda qalib gəldik və Superfinala vəsiqə qazandıq.Bununla da əsas vəzifənin öhdəsindən gəldik.

Litva ilə görüşdəki nəticəni yorğunluqla əlaqələndirərdim. Çünki İngiltərə ilə ilk qarşılaşmada çox güc sərf etməli olmuşduq.

Onsuz da, Litva ilə görüşün nəticəsindən asılı olmayaraq, Superfinala vəsiqəni təmin etmişdik. Sadəcə, son matç qrup birincisini müəyyənləşdirəcəkdi.

Bundan sonrakı hədəfimiz isə sentyabrda İtaliyada təşkil olunacaq Avropa Superfinalında finala yüksələrək, A Liqasına vəsiqə qazanmaq olacaq”.

B Liqasının A qrupunda İngiltərə (5:4) və Belçikaya (11:2) qalib gələn millimiz Litvaya (3:4) məğlub olub.

5 xalla qrupu ikinci pillədə başa vuran komandamız sentyabrın 7-14-ü aralığında İtaliyada keçiriləcək Superfinala vəsiqə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti