
Avrokuboklardan kənarda qalan «Neftçi»də «yarpaq tökümü» sürətlənib.
Yuri Matiasın ardınca, daha bir müdafiəçinin gələn mövsümdə ağ-qara formanı geyinməyəcəyi dəqiqləşib.
Azər Salahlı ilə yeni müqavilə imzalanmayıb. Samir Abasov bir neçə ildir burada olan cinah oyunçusunun xidmətinə ehtiyac duymayıb.
Baş məşqçi ötən aylar ərzində bu qənaətə gəlib ki, millinin üzvü aldığı pula dəymir. Çünki onun əməkhaqqısı kifayət qədər yüksəkdir.
«Neftçi»də illik qazancı 200 min manatı ötən müdafiəçinin göstəriciləri çalışdırıcını məyus edib - Azər meydana çıxdığı əksər oyunlarda nəticəyə təsir göstərən çoxsaylı səhvlərə yol verib.
SPORTİNFO.AZ