Fernandu Santuşdan MARAQLI QƏRAR - Yoxlamadan öncə yoxlama

27 May 14:40 Milli komanda 1 040
Fernandu Santuşdan MARAQLI QƏRAR - Yoxlamadan öncə yoxlama

Latviya və Macarıstanla yoxlama görüşləri keçirəcək milli bu gün təlim-məşq toplanışına start verəcək.

Fernandu Santuş onlarla oyunlaradək komandanı daha bir dəfə iş başında izləyəcək.

Ölkənin əsas yığması U-21-lə üz-üzə gələcək. Qarşılaşma mayın 30-da təşkil olunacaq. Tərəflər həmin gün Mərdəkanda qüvvəsini sınayacaq (saat 19:00).

Millinin Latviya ilə oyunu iyunun 7-də səfərdə baş tutacaq. Komandamız 3 gün sonra Bakıda macarlarla duelə çıxacaq.

U-21-in hazırldıq planı da artıq məlumdur. Dünən təlim-məşq toplanışına başlayan kollektiv çalışmaların ikinci mərhələsi üçün iyunun 2-də Minskə yollanacaq.

Yığma ayın 4-də Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Baranoviçi şəhər stadionunda təşkil olunacaq görüş yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.

Millimiz hazırlıq çərçivəsində iyunun 8-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun U-21 komandası ilə yoldaşlıq görüşü keçirəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti