Kapitan "Neftçi"yə güzəşt edəcəkmi?

27 May 2025 21:00 Neftçi 2 364
Kapitan "Neftçi"yə güzəşt edəcəkmi?

Mövsümün sonu "Neftçi"də müqaviləsi başa çatacaq futbolçular arasında Emil Balayev də var.

Amma hələ də onun taleyinə aydınlıq gəlməyib.

Səbəb təcrübəli futbolçunun maaşının yüksək olmasıdır.

Söhbət təxminən 20 min manatdan gedir.

Balayev daha aşağı maaş müqabilində qalmağa razılaşarsa, məşqçilər korpusu onu ehtiyat qapıçı kimi planlara daxil edə bilər.

Yox, vitse-kapitan hazırkı əməkhaqqısında ciddi güzəştə getməsə, özünə yeni klub tapmalı olacaq.

31 yaşlı futbolçunun bu mövsüm cəmi 6 matçda forma geyindiyi bildirək.

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti