
"Şamaxı" klubu Ayxan Abbasova dəstək nümayiş etdirib.
Klubun sosial şəbəkə hesabından təcrübəli mütəxəssisin fotoları böyük hərflərlə yazılan Ayxan Abbasov başlığı ilə paylaşılıb.
Bir neçə gün əvvəl 44 yaşlı baş məşqçi gündəmə düşən açıqlaması ilə yadda qalmışdı.
Sitat: “Şamaxı”da qalsam, növbəti mövsüm yaxşı komanda quracağıq.
Mən gerçək və dürüst danışıram. İlk növbədə büdcəyə baxmaq lazımdır".
Onun açıqlaması futbol ictimaiyyətində ciddi müzakirələrə yol açdı.
Hətta Abbasovun "şirlər"in baş məşqçi postundan ayrılaraq "Sabah"la yola davam edəcəyini belə iddia edənlər oldu.
Görünür, bölgə klubu atdığı addımla "Ayxan Abbasov bizimlədir" mesajını verib.
Həm də bununla bütün söz-söhbətlərə son qoyulmuş olub.
XANOĞLAN / SPORTİNFO.AZ