“Neftçi” Emin Mahmudova öz şərtini irəli sürdü - Maaşının aşağı salınmasına RAZILAŞ!

13:00 Neftçi 1 927
“Neftçi” Emin Mahmudova öz şərtini irəli sürdü - Maaşının aşağı salınmasına RAZILAŞ!

Xəbər verdiyimiz kimi, «Neftçi» rəhbərliyi ilə Emin Mahmudov arasında danışıqlar başlayıb.

Samir Abasov klub funksionerlərindən sabiq kapitanın düşərgədə saxlanılmasını istəyib.

33 yaşlı yarımmüdafiəçi 2017-ci ildən ağ-qara formanı geyinir. Paytaxt təmsilçisinin tarixinə ən çox oyun keçirmiş futbolçu kimi düşmüş Mahmudovun cari müqaviləsi iyunda başa çatacaq.

2023-cü ilin yayında imzalanmış sonuncu kontrakt 2+1 illik nəzərdə tutulub. Həmin sözləşməyə əsasən, tərəflər yenidən bir araya gəlməli, maliyyə şərtlərini müzakirə etməlidir.

İndi də görüşmiələr elə bu yöndədir. Bakılılar Rusiya doğumlu Mahmudovdan güzəşt gözləyir.

O, faktiki olaraq komandanın ən ödənişli üzvüdür. İllik qazancı 650 min dollar civarındadır. «Ağ-qaralar» həmin rəqəmi 150-200 min dollar aşağı salmaq niyyətindədir.

Eminin bu çağırışa reaksiyası hələlik bəlli deyil. Gözləmə mövqeyi tutub. Bəzi azsaylı təklifləri var, onları nəzərdən keçirir.

Daha yaxşı şərtlərlə başqa dəvətlər alacağına ümid bəsləyir. Amma bugünədək ən yüksək ödəmə variantını «Neftçi» irəli sürüb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti