“Neftçi”də olmaqdan məmnunam, görək, onun qərarı necə olacaq”

26 May 22:20 Müsahibə 1 311
“Neftçi”də olmaqdan məmnunam, görək, onun qərarı necə olacaq”

“Neftçi” bu dəfə də “Sabah”la bacarmadı.

Premyer Liqanın 36-cı turunda baş tutan görüşdə “ağ-qaralar” qələbə qazansaydı, mövsümü beşinci pillədə başa vuracaqdı. Lakin 1:0 hesabı ilə qalib gələn “tələbələr” buna imkan vermədi.

Oyun başa çatandan sonra əksər futbolçular təyyarəyə tələssə də, ukraynalı vinger Andrey Ştoqrin Sportinfo.az-a müsahibəyə razılıq verdi.

- “Sabah”dan çəkdiyiniz nədir belə?

- Pis oynadığımızı düşünmürəm. Xüsusən ilk hissədə qol və qollar vura bilərdik. Bəzən elə komandalar olur ki, onlara qarşı alınmır. Yəqin “Sabah” belə rəqiblərdəndir. Mövsüm başa çatdı. Yaxşı hazırlıq keçməli və gələcəyə ümidlə baxmalıylq.

- Artıq neçənci dəfədir azlıqda qalan rəqib “Neftçi”yə qol vurur. Səbəbi nədir?

- Çünki biz qol vura bilmirik, onlar bunu bacarır. Ələ düşən imkanları vaxtında dəyərləndirmək lazımdır ki, rəqib fərqlənəndə başımıza tutmayaq. Özünüz də gördüz ki, “Sabah”ın hər hücumu təhlükəli olurdu.

- Başa çatan mövsümü necə dəyərləndirirsiz?

- Neqativ. Bunlar “Neftçi”nin adına yaraşan nəticələr deyil. Təsəlli olaraq ölkə kubokunu qazanmağı düşünürdük ki, o da alınmadı. Buraxdığımız səhvlərdən dərs çıxarıb, yanlışların təkrarlanmamasına çalışmalıyıq. Bu il etdiyimiz səhvlər bizə baha başa gəldi.

- Klubla müqavilənin müddəti davam edir?

- Bəli.

- Növbəti mövsümdə də ağ-qara formanı geyinəcəksən?

- Mən “Neftçi”də olmaqdan məmnunam. Lakin qərar verən adam baş məşqçidir. Görək, onun qərarı necə olacaq.

- Nə hiss edirsən?

- Mənim nəsə hiss etməyimlə nəsə olmur. Önəmli olan baş məşqçinin qərarı və gələcəklə bağlı planlarıdır. İndi yalnız bunu deyə bilərəm.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti