Region klubu millinin yarımmüdafiəçisi ilə gücləndi

27 May 2025 19:00 Şamaxı 2 701
Region klubu millinin yarımmüdafiəçisi ilə gücləndi

"Şamaxı" yeni mövsüm üçün heyətini gücləndirmək yolunda axtarışlarını davam etdirir.

Bölgə klubu Emil Süleymanovun ardınca daha bir gənci heyətinə qatıb.

Söhbət "Səbail"in üzvü Oruc Məmmədovdan gedir.

Gənclər millimizin də heyətində yer alan yarımmüdafiəçi növbəti mövsüm "şirlər"in formasını geyinəcək.

20 yaşlı futbolçu "Səbail"in yetirməsidir.

O, bu mövsüm forma geyindiyi 18 matçda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM