“Gücümüz bundan da artıqdır, onda bəxtimiz gətirməmişdi”

27 May 02:50 Milli komanda 523
“Gücümüz bundan da artıqdır, onda bəxtimiz gətirməmişdi”

Azərbaycanın minifutbol yığmasının üzvü Mirmehdi Rzayev Mavritaniya üzərində qazandıqları qələbədən sonra komandanın növbəti mərhələyə yüksəlməsini dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, o, ilk matçda bəxtlərinin gətirmədiyini deyib.

M.Rzayev komandanın gücünün daha artıq olduğunu düşünür:

“Qələbə qazandıq, düşünürəm ki, gücümüz bundan da artıqdır. İlk oyunda bəxtimiz gətirməmişdi.

Şükür ki, qrup mərhələsini lider kimi bitirdik. Ümid edirəm ki, növbəti mərhələlərdə də qələbələr qazanacağıq”.

“Avropa çempionu olmaq tam başqa hisslər idi. Bura isə fərqlidir. Doğma azarkeşlər önündə oynamaq, həqiqətən zövq verir. Bizə dəstək göstərənlərə təşəkkürümü bildirirəm”, - deyə futbolçu əlavə edib.

Azərbaycan millisi qrup mərhələsinin son turunda Mavritaniyanı 2:0 hesabı ilə məğlub edərək 1/8 finala vəsiqə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
12 Dekabr 18:10 Çək və bizə göndər!