Samir Abasovun “qara siyahı”sı əlimizə keçdi - Burada 13 nəfərin adı var

21 May 20:40 Neftçi 1 338
Samir Abasovun “qara siyahı”sı əlimizə keçdi - Burada 13 nəfərin adı var

Mövsümü uğursuz başa vuran “Neftçi” ciddi islahatlar astanasındadır.

Baş məşqçi Samir Abasovun planlarına uyğun gəlməyən 10-dan artıq futbolçu ilə yollar ayrılmalıdır.

Artıq bu mənada müəyyən addımlar atılıb.

Kluibla müqaviləsinin müddəti başa çatan Azər Əliyev, Yeqor Boqomolski, Yuri Matias və Höccət Haqverdiyevə göstərdikləri xidmətlərə görə təşəkkür edilib. Ryonosuke Ohori də onlara qoşulacaq.

Müqaviləsi davam edənlərlə danışıqlar davam edir. Lakin bu, 3-5 günün içində həll olunacaq məsələ deyil. Çünki müqavilələrdəki maliyyə şərtləri adamın ağlını başından alır.

Abasovun növbəti mövsümdə sərəncamında görmək istəmədiyi adlarla bağlı siyahı genişdir – Robert Bauer, Rafael Quzzo, Dembo Darbo, Alfa Konte, Ramil Şeydayev, Azər Salahlı, Rəhman Hacıyev. Rustam Samiqullin. Siyahının Emil Balayev və Ervin Koffi ilə genişlənməsi mümkündür. Lakin bu barədə yekun qərar verilməyib.

İlk 5 nəfərin klubla müqaviləsi var, Azərlə Rəhman bu ayın sonunda azad agent statusuna yiyələnir, “Sabah”a məxsus olan Samiqullinin icarə sözləşməsi başa çatır.

Bir sözlə, “Neftçi” rəhbərliyinin və baş məşqçinin işi kifayət qədər ağırdır. “Təmizləmə əməliyyatı”nı ustalıqla yerinə yetirməklə yanaşı, komandanın güclənməsi yönündə tər tökmək mütləqdir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti