“Neftçi”ni qara günə qoydu, oradan da QOVULDU!

27 May 00:40 Neftçi 332
“Neftçi”ni qara günə qoydu, oradan da QOVULDU!

"Neftçi"nin sabiq baş məşqçisi Roman Qriqorçuk Ukraynada LNZ-dan istefaya göndərilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

60 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib. Qriqorçukun LNZ-dəki fəaliyyəti cəmi 5 ay çəkib.

Çerkassı təmsilçisi bu müddətdə Ukrayna çempionatında 13 oyun keçirib, 5 dəfə məğlub olub, 6 dəfə heç-heçə edib və cəmi 2 matçda qələbə qazanıb.

LNZ Premyer Liqanı 31 xalla 16 komanda arasında 12-ci yerdə bitirib.

Qriqorçuk LNZ-dən əvvəl ötən ilin iyununda - bu mövsümün əvvəli baş məşqçi təyin edildiyi "Neftçi"də işləyib. Onun klubda fəaliyyəti cəmi 9 oyun çəkib.

"Neftçi" bu oyunların heç birində qələbə qazana bilməyib. Qriqorçuk uğursuz nəticələrdən sonra istefaya göndərilib.

“Neftçi”ni qara günə qoydu, oradan da QOVULDU!Qriqorçuk 2015-18-ci illərdə Azərbaycanda “Qəbələ”nin də baş məşqçisi olub.

Digər Xəbərlər
Xəbər Lenti