“Neftçi”dən millinin qapıçısı ilə bağlı YEKUN QƏRAR - SATILACAQMI?

28 May 2025 20:00 Neftçi 3 461
“Neftçi”dən millinin qapıçısı ilə bağlı YEKUN QƏRAR - SATILACAQMI?

Millinin qapıçısı Rza Cəfərovun gələn mövsümə harada başlayacağı dəqiqləşib.

«Neftçi» yetirməsini bu yay «Rakuv»a satmaqdan imtina edib.

Polşa klubu gənc kiperi transfer etmək, bu məqsədlə qarşı tərəfə kompensasiya ödəmək fikrində olsa da, «ağ-qaralar» onunla vidalaşmaq istəməyib.

22 yaşlı «əlcək sahibi» ən azı daha 1 il paytaxt təmsilçisinin formasını geyinəcək. Çünki onun müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti