Azərbaycan gimnastları Krasnodarda iki medal qazandı

27 May 2025 00:00 Digər növlər 527
Azərbaycan gimnastları Krasnodarda iki medal qazandı

Azərbaycan gimnastları Rusiyanın Krasnodar şəhərində keçirilmiş batut gimnastikası üzrə beynəlxalq turnirdə iki medal qazanıblar.

Sportinfo.az Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yeniyetmələr kateqoriyasında Ömər Qasımlı ilə Fərhad Mustafayev sinxron proqramda 42.850 xalla gümüş medalın sahibi olublar.

Böyüklər kateqoriyasında çıxış edən Selcan Mahsudova və Maqsud Mahsudov isə sinxron proqramda 49.300 xal toplayaraq bürünc medal əldə ediblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti