“Neftçi”dən ƏN SON XƏBƏR gəldi - 6 futbolçu...

16:00 Neftçi 1 059
“Neftçi”dən ƏN SON XƏBƏR gəldi - 6 futbolçu...

“Neftçi” Premyer Liqanın sonuncu turunda “Sabah”ın qonağı olacaq.

“Ağ-qaralar” prinsipial rəqibi ilə görüşə itkilərlə çıxacaq.

Əsas komandanın məşqlərində iştirak etməyən Yeqor Boqomolski, Azər Əliyev, Alfa Konte və Yuri Matiasla yanaşı, zədəlilər Emil Səfərov və Rafael Quzzo “tələbələr”lə görüşdə iştirak etməyəcək.

Əvəzində, zədə səbəbindən son iki oyunu kənardan izləyən Höccət Haqverdi kollektiv məşqlərə qoşulub.

Mayın 24-də “Bank Respublika Arena”da baş tutacaq qarşılaşmanın start fiti saat 19:30-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti