Qurban Qurbanov Azərbaycanda mövsümün ən yaxşıları arasında - FOTOLAR

27 May 20:50 E-Topaz 180
Qurban Qurbanov Azərbaycanda mövsümün ən yaxşıları arasında - FOTOLAR

Sports.az saytının təşkilatçılığı və ETOPAZ-ın baş sponsorluğu ilə Sports.az Awards – 2024/2025 futbol mövsümünün ən yaxşılarının mükafatlandırma mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, tədbirdə “Ən yaxşı futbolçu”, “Ən yaxşı baş məşqçi”, “Ən yaxşı qapıçı”, “Ən yaxşı komanda”, "Ən yaxşı gənc futbolçu" və digər nominasiyalar üzrə qaliblərin adları elan olunub.

“Qəbələ" İK “Bölgə futbolunun inkişafındakı roluna görə”, “Sabah” Futbol Klubu “Uşaq futbolunun inkişafındakı roluna görə”, "Huner Group" "Futbol infrastrukturuna yatırımına görə" xüsusi mükafatlarına layiq görülüb.

“Zirə” FK “Mövsümün ən böyük tərəqqiyə nail olmuş klubu” nominasiyasında qalib gəlib. ASTA "Ən uğurlu layihə" seçilib.

“Mövsümün ən yaxşı baş məşqçisi” Qurban Qurbanov (“Qarabağ” FK), “Mövsümün ən yaxşı futbolçusu” Mahir Emreli (“Nürnberq”), “Mövsümün ən yaxşı gənc futbolçusu” Xəyal Əliyev (“Sabah” FK), “Mövsümün ən yaxşı qapıçısı” Aydın Bayramov (“Zirə” FK), “Mövsümün ən yaxşı komandası” “Qarabağ” Futbol Klubu olub.

Mükafatları Etopaz-ın departament direktoru İlqar Axundov, millət vəkili Aqil Abbas, general-leytenant Heydər Piriyev, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş, PFL-in Media və Marketinq direktoru Sənan Abdullayev, tanınmış veteran futbolçular – İsgəndər Cavadov və Vəli Qasımov, AİJA prezidenti Eldar İsmayılov təqdim ediblər.

Xəbər Lenti