Kərim bura yeni sevgilisi ilə gəldi: Görün kimdir - FOTOLAR

27 May 03:00 Hadisə 335
Kərim bura yeni sevgilisi ilə gəldi: Görün kimdir - FOTOLAR

Kərim Benzema yeni sevgilisi ilə ictimaiyyət qarşısına çıxıb.

Sportinfo.az xəbər verir ki, 2022-ci ildə “Qızıl top”un qalibi aktrisa Lina Kudri ilə Kann Film Festivalının qırmızı xalçasına çıxıb.

Romantika haqqında şayiələr 2024-cü ilin sonlarında yayılırdı, lakin heç bir təsdiqi yox idi. “Real”ın sabiq hücumçusunun üç fərqli qadından dörd övladı var.

32 yaşlı Lina Kudri əlcəzairli aktrisadır. Bu il aktrisa “Respublika qartalları” və “13 gün, 13 gecə” filmlərində – 2021-ci ildə “Taliban” hakimiyyətə qayıtdıqdan sonra Fransanın Əfqanıstandakı səfirliyindən yüzlərlə insanın təxliyəsindən bəhs edən filmdə rol alacaq.

Atası Əlcəzair televiziyasında jurnalist, anası isə skripka müəllimi idi.

Ailə Əlcəzairdə vətəndaş müharibəsi başlayandan qısa müddət sonra ölkəni tərk edərək Fransaya gedib. 18 yaşında Kudri Fransa vətəndaşlığını alıb.

Aktrisanın İnstaqramda 160 mindən çox izləyicisi var.

Digər Xəbərlər
Xəbər Lenti