
“Neftçi”nin qapıçısı Rza Cəfərov paylaşım edib.
Sportinfo.az xəbər verir ki, o, komandanın uğuruz mövsüm keçirməsi haqda sosial şəbəkə hesabında bunları yazıb:
“Əziz “Neftçi” ailəsi! Çox təəssüf ki, son iki mövsümdə sizlərin bizdən gözlədiyiniz nəticələrlə sizi sevindirə bilmədik.
Buna baxmayaraq, hər zaman bizi qarşılıqsız dəstəklədiz. Mövsümə görə sizlərdən üzr istəyirəm.
Bilməyinizi istəyirəm ki, buna görə ən azı sizin qədər çox üzgünük. Səhvlərimizin fərqindəyik.
Əminik ki, bu mövsümün acı təcrübələrindən nəticə çıxardaraq, növbəti mövsümdə daha güclü, daha inamlı qayıdacaq və azarkeşlərimizə layiq sevinci yaşadacağıq! Forza “NEFTÇİ”.