“Mən bu liqada oynamaq istəmirəm” - Azərbaycandakı Avropa çempionu

27 May 20:40 Səbail 799
“Mən bu liqada oynamaq istəmirəm” - Azərbaycandakı Avropa çempionu

Premyer Liqanı I Liqaya dəyişən “Səbail”də bəzi futbolçularla bağlı cavabsız sual var.

Söhbət klubla müqaviləsi davam edən futbolçuların gələcək taleyindən gedir.

Məlum məsələdir ki, “dənizçilər” elita şərtləri ilə sözləşmə imzaladığı oyunçuları eyni şərtlərlə aşağı dəstədə saxlaya bilməyəcək. Mütləq hansısa formada bu iş öz həllini tapmalıdır.

“Səbail”lə anlaşma müddəti 2026-cı ilin yayına qədər qüvvədə olan Suliman Alluş Sportinfo.az-a açıqlamasında bu yöndə mövqeyini bildirib:

“Qarşıda bir oyun var. “Sumqayıt”la matçdan sonra bu barədə söhbətimiz olacaq.

I Liqada oynamaq istəmirəm. Yəqin ki, hansısa çıxış yolu tapacağıq.

Bu məsələ ilə agentim məşğul olur. Mənim işim futbol oynamaq, müqavilə öhdəliklərini yerinə yetirməkdir”.

2019-cu ildə Niderlandın U-17 millisi ilə Avropa çempionu adını qazanan 23 yaşlı futbolçu 2024-cü ilin yanvarından şərəfini qoruduğu “Səbail”də 50 oyunda meydana çıxmaqla 5 qol vurub, 2 məhsuldar ötürməyə imzasını yazdırıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti