"Mənə elə gəlir ki, bu, yeni dövrün başlanğıcıdır" - Təyinatından danışdı

27 May 10:00 İspaniya 184
"Mənə elə gəlir ki, bu, yeni dövrün başlanğıcıdır" - Təyinatından danışdı

“Real”ın yeni baş məşqçisi Xabi Alonso Madrid təmsilçisinə təyinatından danışıb.

Sportinfo.azxəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında deyib:

“Şübhəsiz ki, bu gün mənim üçün xüsusi gündür. Ömrümün sonuna kimi təyinat tariximi qeyd edəcəyəm. Burada olmaqdan xoşbəxtəm. “Real”ı öz evim hesab edirəm. Bu klubla əlaqəm heç vaxt kəsilməyib.

Mənə elə gəlir ki, bu, yeni dövrün başlanğıcıdır. Florentino Peresə mənə etimad etdiyinə görə təşəkkür edirəm.

Hiss edirəm ki, “Real” azarkeşləri buna hazırdırlar və startımızı səbirsizliklə gözləyirlər.

Onlar bizim daha da böyük olmağımızı, bu klubun tarixini daha da böyük etməyimizi istəyirlər”.

Xabinin Madrid klubu ilə müqaviləsi 2028-ci ilə kimi nəzərdə tutulub. O, baş məşqçi vəzifəsində Karlo Ançelottini əvəzləyib və işinə iyulda mövsümöncəsi məşqlərlə başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti