Fransa klubuna keçməyə razılıq verdi - “Barselona”nın hücumçusu

27 May 22:20 İspaniya 179
Fransa klubuna keçməyə razılıq verdi - “Barselona”nın hücumçusu

“Barselona”nın hücumçusu Ansu Fati Fransa çempionatına transfer olunur.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu “Monako”ya keçməyə razılıq verib.

Hazırda tərəflər ispaniyalı forvardın icarəyə verilməsi və sonradan transfer hüququnun alınması ilə bağlı danışıqlar aparır.

Fatinin hazırkı dəyəri 5 milyon avro təşkil edir. O, ötən mövsüm “Barselona”nın heyətində 11 oyunda iştirak etsə də, qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.

Onun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti