“Qarabağ”ın bu yay gözlənilən transferləri - Axtardığınız hər şey bu VİDEOda

27 May 15:00 Azərbaycan Futbolu 1 256
“Qarabağ”ın bu yay gözlənilən transferləri - Axtardığınız hər şey bu VİDEOda

“Minifutbol üzrə millimiz dünyanın ən sanballı yığmalarından biridir.

Azərbaycan Minifutbol Federasiyası qədər dünyada bu işə maraq göstərən, diqqət ayıran, hər bir detala yüksək səviyyədə münasibət bəsləyən ikinci təşkilat yoxdur.

Qısa müddət ərzində onların gördüyü iş təqdirəlayiqdir. BƏƏ-də keçirilən əvvəlki mundialda da favorit göstərilirdik, amma üçüncü yer uğrunda görüşdə ani səhv mükafat qazanmağımıza mane oldu.

Bəzi millilər Bakıdakı çempionatda bir o qədər iddialı görünsə də, yenə kifayət qədər güclüləri də var.

Bunlardan biri də son dünya çempionu Rumıniyadır. İnanırıq ki, onlara qalib gələcək və hədəf uğrunda inamla addımlayacağıq”.

Bu fikirlər “Sportinfo TV”də yayımlanan “Futbol manşet” verilişində səsləndirilib.

Tanınmış jurnalistlər Elçin Cəfərovla Ramiz Mirzəzadənin təqdimatında yayımlanan verilişin budəfəki buraxılışında Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı müzakirə edilib.

Eyni zamanda “Kəpəz”də baş məşqçi dəyişikliyi ətrafında fikirlər səsləndirilib, Azər Bağırovun ayrılığının Gəncə futboluna verəcəyi mənfi tərəflərdən bəhs edilib.

Burada “Qarabağ”ın transfer mövzusu müzakirə olunub, həmçinin ölkə futbolunda ən aktual məsələləri haqda mübadiləsi aparılıb.

Canlı yayım zamanı tamaşaçıların yazdıqları rəylər oxunulub, suallara cavab verilib.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Mayın 29-da “QOLAT Sport Service & Football Agency” tərəfindən “Futbol Konfransı Bakı” adlı beynəlxalq futbol konfransı keçiriləcək.

Azərbaycanda ilk dəfə təşkil olunacaq konfransın əsas məqsədi ölkəmizdə futbol sahəsində çalışan insanların bir araya gələrək müasir futbol mövzularının müzakirəsində iştirak etmək, xarici və yerli mütəxəssislərlə qarşılıqlı fikir mübadiləsində aparmaq və əlaqləri genişləndirməkdir.

Futbol Forumunun əsas mövzu istiqaməti “Dəyişən Futbol Dünyası” olaraq nəzərdə tutulub.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti