Sümük olub, keçib “Neftçi”nin boğazına! - İndi də getmək istəmir

22 May 19:40 Neftçi 1 838
Sümük olub, keçib “Neftçi”nin boğazına! - İndi də getmək istəmir

“Neftçi”nin ötən ilin əvvəlində heyətinə qatdığı Alfa Konte klubu tərk etmək fikrində deyil.

“11-liy”ə düşə bilməməsi bir yana, adı “23-lüy”ə belə salınmayan cinah oyunçusu əsas komandadan kənarlaşdırılıb.

“Neftçi-2”nin baş məşqçisi Rəşad Abdullayev də Syerra-Leonedən olan futbolçunun xidmətində maraqlı deyil.

Xarakterində ciddi problemlər olan, daxili ab-havanı pozan Kontenin “bacarığından” Abdullayev də xəbərdardır. Bu səbəbdən afrikalını yaxına buraxmır.

“Havada qalan” futbolçu bir aydan çoxdur fiziki hazırlıq üzrə məşqçinin nəzarətində fərdli məşqlərlə kifayətlənir. Ona müxtəlif yollarla “Neftçi”də heç kimə lazım deyilsən” mesajı verilib. Amma nə fayda?

“Ağ-qaralar”la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər qüvvədə olan “20 nömrə” heç bir güzəşt danışıqlarından iştirak etmək istəmir

. İki ayağını bir başmağa dirəyib, “ya “Neftçi”də qalacağam, ya da müqavilədəki pulumu son qəpiyə qədər ödəyəcəksiz” deyir.

Danışıqlar zamanı özünü göstərmək üçün kifayət qədər şans qazanmadığını söyləyərək, rəsmilərlə prinsip aparır. Halbuki ötən aylar ərzində daxili intizam qaydalarını dəfələrlə pozması diqqətinə çatdırılıb.

Getmək fikri yoxdur, sümük olub, keçib “Neftçi”nin boğazına.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 May 10:00 Qurbanov vəfat etdi
22 May 08:30 Bakıda 15:0 olunca...