"Deyilənlər doğrudursa, yayda hər şey aydın olacaq"

27 May 18:20 İngiltərə 155
"Deyilənlər doğrudursa, yayda hər şey aydın olacaq"

Lissabon “Sportinq”inin hücumçusu Viktor Qyokereş “Arsenal”la bağlı transfer şayiələrinə münasibət bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, isveçli forvard bu barədə konkret nəsə deməyin çətin olduğunu söyləyib:

“Bu barədə konkret nəsə demək çətindir, çünki futbolda nə baş verəcəyini heç vaxt bilmək olmur.

“Arsenal”? Hələ ki, heç nə məlum deyil. Mən tam şəkildə oyunlara fokuslanmışam. Deyilənlər doğrudursa, yayda hər şey aydın olacaq”.

Mətbuatda daha əvvəl Qyokereşin “Arsenal”la uzunmüddətli müqavilə imzalayacağı barədə xəbərlər yayılıb. Potensial transferin dəyəri 75 milyon avro qiymətləndirilir.

Digər Xəbərlər
Xəbər Lenti