
Premyer Liqada mövsümün son turunda “Sabah”ın qonağı olacaq “Neftçi” tilsimi qırmağa çalışacaq.
Sportinfo.az xəbər verir ki, qarşılaşma formal xarakter daşısa da, “ağ-qaralar” rəqibini çempionatda artıq 7 matçdır məğlub edə bilmir.
Son 7 paytaxt derbisinin 4-də rəqibi ilə heç-heçə edən “Neftçi” 3 dəfə meydanı məğlub tərk edib. Tərəflərin son iki duelində bərabərlik qeydə alınıb.
“Neftçi”nin digər həsrəti isə səfər qalibiyyətidir. Komanda 3 ildən çoxdur “Sabah” səfərindən 3 xalla dönə bilmir.
Axırıncı belə uğur 2022-ci ilin fevralında baş verib. Ondan bəri təşkil olunan 5 matçın 2-də qalib gələn meydan sahibləri 3 dəfə heç-heçəyə razılaşıb.
Bu gün keçiriləcək paytaxt derbisi saat 19:30-da başlayacaq.