“Neftçi”dən təklif gələndə, öz-özümə düşündüm ki..."

20 Yanvar 2021 19:20 Neftçi 1 074
“Neftçi”dən təklif gələndə, öz-özümə düşündüm ki..."

“Neftçi”nin seneqallı müdafiəçisi Mamadu Mbodj Azərbaycan çempionatını daha öncə çıxış etdiyi Litva və Serbiya birincilikləri ilə müqayisə edib.

Sportinfo.az xəbər verir ki, Azərbaycana gəlişindən də söz açan afrikalı legioner bunları söyləyib:

“Azərbaycan Premyer Liqasından təklif gələndə öz-özümə düşündüm ki, irəli bir addım atıram, bu yeni bir təcrübədir. Litva çempionatı ilə müqayisədə çox böyük fərq yoxdur.

Azərbaycan çempionatında mənim forma geyindiyim “Neftçi” ilə yanaşı, “Qarabağ” və digər komandalar çempionluq uğrunda mübarizə aparır. Burada yaxşı komandalar, yaxşı oyunçular var”.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi