"Ronaldo Dağıstanda doğulsaydı, yəqin ki, UFC çempionu olardı"

20 Fevral 15:40 Multimedia 1 326
"Ronaldo Dağıstanda doğulsaydı, yəqin ki, UFC çempionu olardı"

UFC çempionu Həbib Nurməhəmmədov çılğın futbol azarkeşidir.

Sportinfo.az xəbər verir ki, Həbib “Barselona” – PSJ qarşılaşmasını izləmək üçün İspaniyaya gedib.

O, sosial şəbəkədə futbol sevgisi haqda yazıb: “Futbolu uşaqlıqdan sevirəm. Həmişə futbolçu olmağı arzulamışam. Amma Dağıstanda nəyin prioritet olduğunu yaxşı bilirsiniz.

Kim bilir, əgər Kriştiano Ronaldo Dağıstanda doğulsaydı, yəqin ki, UFC çempionu olardı. Yəni demək istəyirəm ki, futbol sevimli idman növümdür. Yəqin ki, mən təsadüfən döyüşçü olmuşam. Zarafat edirəm, təsadüf olmayıb.

Nə vaxtsa sizə futbol sevgim haqda danışacam. Orta məktəbdə 6-cı sinifdə oxuyarkən dəftərimə 200 futbolçunun adını yazmışdım.

Nəzərə alın ki, həmin vaxt internet yox idi. Belə əfsanəvi stadionda olmaq, belə qarşılaşmanı izləmək xoş idi”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Fevral 17:20 "Sabah" - "Keşlə": CANLI