Millimizin futbolçusunu NEQATİV XƏBƏRlə sevindirdilər

12 May 2020 14:36 Milli komanda 765
Millimizin futbolçusunu NEQATİV XƏBƏRlə sevindirdilər

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi "Ertsgebirge"nin oyunçularından koronavirusla bağlı yenidən analiz götürülüb.

Sportinfo.az xəbər verir ki, bütün testlərin nəticələri mənfi olub.

"Ertsgebirge" mayın 16-da doğma meydanda "Zandhauzen"i qəbul edəcək. Oyun azarkeşsiz keçiriləcək.

Dmitri Nazarov 2014-cü ildən Azərbaycan millisinə dəvət alır. Təcrübəli forvard "Ersgebirge"də 2016-cı ildən çıxış edir. "Ertsgebirge"nin oyunçuları mayın əvvəlində də testdən keçib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!