“Azərbaycan Xorvatiyadan xal alıb, asan rəqib deyil”

12 Mart 2020 23:40 Milli komanda 578
“Azərbaycan Xorvatiyadan xal alıb, asan rəqib deyil”

“Qrupumuza düşən komandaların heç biri zəif deyil. Oyunlar bizim üçün də asan keçməyəcək”.

Sportinfo.az xəbər verir ki, bunu apasport.az-a Monteneqro millisinin yarımmüdafiəçisi Duşan Laqator UEFA Millətlər Liqasında qərarlaşdıqları qrup haqda danışarkən deyib.

Azərbaycan, Kipr və Lüksemburqla birlikdə C liqasının 1-ci qrupunda yer alan Monteneqro yığmasının futbolçusu rəqiblərini dəyərləndirib.

26 yaşlı dayaq yarımmüdafiəçisi millimiz barədə ehtiyatlı danışıb: “Həm Kipr, həm Lüksemburq, həm də Azərbaycanla mübarizə apara bilərik.

Bütün komandalar kimi, bizim də məqsədimiz var. Azərbaycanla oyunlarda hansı nəticənin qeydə alınacağını indidən demək doğru olmaz.

Çünki Azərbaycan yığması asan rəqib deyil. Son seçmə mərhələdə Xorvatiyadan xal alıblar. Bu baxımdan deyə bilərəm ki, heç bir oyun asan keçməyəcək".

Millətlər Liqasında qrup oyunları sentyabr-noyabr aylarında keçiriləcək. III tur çərçivəsində oktyabrın 9-da Monteneqronun qonağı olacaq millimiz noyabrın 12-dəki V turda rəqibini qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"